Bakı. Trend:
Biz Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) sərnişin daşınması, enerji tranziti və rəqəmsal infrastrukturun inkişafı üçün multimodal dəhlizə çevrilməsini gözləyirik.
Trend-in verdiyi məlumata görə, bunu ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat brifinqində bildirib.
"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu bizim də investisiya qoyduğumuz tarixi infrastruktur dəhlizidir. Biz onun multimodal olacağını və təkcə sərnişin daşınmasını deyil, həm də enerji daşınmasını və rəqəmsal infrastrukturun inkişafını dəstəkləyəcəyini gözləyirik. İnanırıq ki, enerji iqtisadi münasibətlərimiz üçün möhkəm təməldir, lakin biz əhatə dairəmizi daha da genişləndiririk. Hazırkı iqtisadi dialoq ABŞ-ın iqtisadi əməkdaşlığı genişləndirmək və Azərbaycan iqtisadiyyatının əsas sektorlarına investisiyaları stimullaşdırmaq üçün güclü öhdəliyini əks etdirir", - deyə o bildirib.
