SOCAR və “Chevron”un digər ölkələrdə birgə layihələr həyata keçirməsi imkanları müzakirə edilib (FOTO)

Energetika Materials 2 İyun 2026 18:44 (UTC +04:00)
SOCAR və “Chevron”un digər ölkələrdə birgə layihələr həyata keçirməsi imkanları müzakirə edilib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 2-də "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Görüşdə “Chevron” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd olunub. "Bakı Enerji Həftəsi"nin açılış mərasimi çərçivəsində SOCAR ilə “Chevron” arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb və bu istiqamətdə görüləcək işlər nəzərdən keçirilib.

Söhbət zamanı şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti