Azərbaycan ABŞ şirkətləri ilə sənədlər imzalayıb (FOTO)

İqtisadiyyat Materials 2 İyun 2026 20:34 (UTC +04:00)
Azərbaycan ABŞ şirkətləri ilə sənədlər imzalayıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və "Oracle" şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Lummus Technology" şirkəti arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 1-ci Azərbaycan - ABŞ İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və “Oracle” şirkəti arasında Anlaşma Memorandumu, SOCAR və “Lummus Technology” şirkəti arasında Strateji Əməkdaşlıq Sazişi imzalandı. İqtisadiyyat Nazirliyi və “Oracle” arasında imzalanmış Memorandum ölkəmizdə rəqəmsal infrastrukturun yaradılmasını, müasir texnologiyaların tətbiqini, texnologiya transferi sahəsində fəal əməkdaşlığı təmin edəcək. SOCAR və “Lummus Technology” arasında imzalanmış Saziş isə səmərəli həllər və sənaye texnologiyalarının tətbiqi istiqamətində işbirliyini əhatə edir", - paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti