Tayvanda təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinin iki pilotu həlak olub

Dünya xəbərləri Materials 3 İyun 2026 04:51 (UTC +04:00)

Bakı. Trend:

Tayvan iki pilotun həlak olduğu qəzadan sonra T-34C təlim-tədris təyyarələrinin uçuşlarını qeyri-müəyyən müddətə dayandırıb.

Trend-in məlumatına görə, bu barədə adanın Hərbi Hava Qüvvələrinin idarə rəisi, general-mayor Tsyan İçenin deyib.

Onun sözlərinə görə, insidentin səbəbləri araşdırılanadək bu tip təyyarələrin istismarı tamamilə dayandırılıb.

"Bütün T-34C təyyarələrinin uçuşları dayandırılıb, pilotlar isə müvəqqəti olaraq təlimlər üçün simulyatorlardan istifadə edirlər", - deyə o bildirib.

Məlumata əsasən, ekipajın hər iki üzvü təcrübəli pilot olub və uçuş zamanı mürəkkəb təlim tapşırığını – mühərrik nasazlığının imitasiyasını yerinə yetiriblər. Qəza iyunun 2-də Kaohsiunq şəhəri yaxınlığındakı Qanşan aviabazası ərazisində baş verib.

Xəbər lenti

Xəbər lenti