“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında

İdman Materials 2 İyun 2026 23:14 (UTC +04:00)
“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün ən yaxşıları sırasında yer alıblar.

Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.

Məlumata əsasən, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 "seyv"lə ən çox qurtarış edən qolkiperlər sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı oyunçu yalnız Nikita Haykin ("Bude Qlimt", Norveç), Tibo Kurtua ("Real Madrid", İspaniya) və Uğurcan Çakırdan ("Qalatasaray", Türkiyə) geri qalıb.

Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti