ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 3 İyun 2026 00:59 (UTC +04:00)
ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nobitex, Wallex, Bitpin və Ramzinex kimi ticarət platformaları məhdudiyyətlərə məruz qalıb. ABŞ hakimiyyət orqanlarının fikrincə, onlar sanksiyalardan yayınmaq üçün istifadə olunub.

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə Nobitex İranın rəqəmsal aktiv əməliyyatlarının 50%-dən çoxunu, o cümlədən İran mərkəzi bankı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməliyyatlarını idarə edib. Bu ticarət platformasının təsisçiləri və top menecerləri arasında dörd İran vətəndaşı da sanksiya siyahısına daxil edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti