ABŞ İran limanına gedən boş tankerə zərbə endirib

Dünya xəbərləri Materials 3 İyun 2026 02:18 (UTC +04:00)
ABŞ İran limanına gedən boş tankerə zərbə endirib

Bakı. Trend:

ABŞ hərbçiləri yük daşımayan və İran limanına doğru hərəkət edən "Lexie" neft tankerinə Hellfire raketi ilə zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verib.

“CENTCOM blokadanın icrasını təmin edərək, Botsvana bayrağı altında beynəlxalq sularda Xark adası istiqamətində hərəkət edən "Lexie" tankerinə qarşı tədbir görüb. Gəmi heyəti 24 saat ərzində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb və ABŞ Silahlı Qüvvələrinin göstərişlərini yerinə yetirməyib. Nəticədə ABŞ-a məxsus hava vasitəsi tanker İran ərazisinə çata bilməsin deyə maşın bölməsinə "Hellfire" raketi ataraq onu sıradan çıxarıb”, - deyə komandanlığın açıqlamasında bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti