Bakı. Trend:
Livan və İsrail nümayəndə heyətləri Vaşinqtonda başlayan sülh danışıqlarının dördüncü raundu zamanı mərhələli deeskalasiya planını müzakirə etməyə başlayıblar.
Trend-in məlumatına görə, bu barədə "Janoubia" xəbər portalı bildirib.
Məlumata əsasən, ABŞ-nin təklif etdiyi plan İsrail qoşunlarının Livan ərazisindən tədricən çıxarılacağı 60 günlük bir müddət üçün nəzərdə tutulub. Eyni zamanda, Livan ordusu və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin sülhməramlıları atəşkəsin pozulmasının və tammiqyaslı hərbi əməliyyatlara qayıtmasının qarşısını almaq üçün cənub bölgələrinə yerləşdirilməyə başlayacaqlar.
Portalın Vaşinqtondakı diplomatik mənbələrə istinadən verdiyi məlumata əsasən, ABŞ danışıqlarda dərhal irəliləyiş gözləmir, lakin tərəflər arasında etimadı bərpa etməyin yolu kimi birgə addımların razılaşdırılmasını görür.