Bakı. Trend:
Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış təsdiqləyib ki, ABŞ və bir neçə Avropa ölkəsi arasında Nüvə Paylaşımı proqramının genişləndirilməsi ilə bağlı NATO səviyyəsində danışıqlar aparılır.
Trend-in məlumatına görə, bu barədə nazir "TVP Info" televiziya kanalının proqramında deyib.
"Əlbəttə ki, NATO səviyyəsində [danışıqlar] davam edir. İyunun 18-də Brüsseldəki [NATO] qərargahında müdafiə nazirlərinin görüşü keçiriləcək və gündəmdəki mövzulardan biri nüvə silahından çəkindirmə potensialı olacaq", - deyə o bildirib.
"Bu barədə artıq danışmaq istəmirəm, çünki bu, çox həssas bir mövzudur. Bununla bağlı hər hansı bir açıqlama olarsa, onlar yalnız qəti olacaq və NATO səviyyəsində olacaq, fərziyyələr olmayacaq". - deyə nazir əlavə edib.