Tramp İrandan nüvə öhdəliklərinin yazılı təsdiqini tələb edir

Dünya xəbərləri Materials 3 İyun 2026 06:14 (UTC +04:00)
Tramp İrandan nüvə öhdəliklərinin yazılı təsdiqini tələb edir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yazılı şəkildə təsdiqləməsini istəyir.

Trend-in məlumatına görə, bu barədə “ABC News” mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Vaşinqton və Tehran arasında davam edən danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə Tramp ilkin razılaşmanın tərkib hissəsi kimi İranın konkret nüvə güzəştlərini yazılı şəkildə rəsmiləşdirməsini tələb edir.

Bildirilir ki, İran tərəfi indiyədək nüvə proqramı ilə bağlı müəyyən şərtlərə əməl edəcəyinə dair yalnız şifahi təminatlar verib. Lakin ABŞ Prezidenti bu öhdəliklərin kifayət qədər etibarlı olmadığını hesab edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti