ABŞ Qeşm adasında İranın hərbi obyektinə zərbələr endirib

Dünya xəbərləri Materials 3 İyun 2026 03:46 (UTC +04:00)
ABŞ Qeşm adasında İranın hərbi obyektinə zərbələr endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri İran tərəfindən atıldığı raket və dronları ələ keçirdikdən sonra Qeşm adasındakı yerüstü idarəetmə mərkəzinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"ABŞ ordusu iyunun 2-də İranın Yaxın Şərqdəki hücumlarına cavab olaraq bir neçə ballistik raketi və dronu uğurla vurub və özünümüdafiə zərbələri endirib", - deyə bildirilib.

CENTCOM-un məlumatına əsasən, İran beş raket atıb, lakin onlardan heç biri hədəflərinə dəyməyib. Biildirilib ki, ABŞ ordusu İranın üç dronunu vurub. Bəyanatda əlavə edilib ki, "ABŞ qüvvələri həmçinin Qeşm adasında hərbi yerüstü idarəetmə obyektinə qarşı özünümüdafiə zərbələri endirib".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti