"Toyota" tayfun səbəbindən bağlanmış 13 zavodunu yenidən açıb

Dünya xəbərləri Materials 3 İyun 2026 08:28 (UTC +04:00)
"Toyota" tayfun səbəbindən bağlanmış 13 zavodunu yenidən açıb

Bakı. Trend:

3 iyun axşam saatlarınad Yaponiyada "Çanmi" tayfunu səbəbindən bağlanmış 13 "Toyota" zavodu fəaliyyətini bərpa edəcək.

Trend-in məlumatına görə, bu barədə "Toyota Motor" şirkəti açıqlama verib.

Məlumata əsasən, müəssisələrə və ya onların heyətinə heç bir ziyan dəyməyib.

"Çanmi" tayfunu Yaponiyanın əsas adası olan Honşu adasının Sakit okean sahili boyunca saatda 40 km (25 mil) sürətlə hərəkət edir. Güclü yağış və 45 m/s (150 mil) sürətə çatan küləklər gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti