Bakı. Trend:
"Alphabet" şirkəti "Google"un süni intellekt infrastrukturunun gələcək inkişafını maliyyələşdirmək məqsədilə səhmlərin satışı hesabına 80 milyard dollar cəlb etməyi planlaşdırdığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə “CNBC” telekanalı məlumat yayıb.
Məlumata görə, bu vəsait korporativ və fərdi istifadəçilər tərəfindən süni intellekt sahəsində həll və xidmətlərə rekord səviyyədə artan tələbat fonunda hesablama güclərinin genişləndirilməsi üçün lazımdır.
Saziş çərçivəsində "Berkshire Hathaway" holdinqi "Alphabet" şirkətinə 10 milyard dollar sərmayə yatıracaq. Şirkət daha 30 milyard dolları qiymətli kağızların zəmanətli yerləşdirilməsi yolu ilə cəlb etməyi planlaşdırır. Bu məbləğin 15 milyard dollarını məcburi konvertasiya olunan imtiyazlı qiymətli kağızları təmsil edən depozitar səhmlər təşkil edəcək. Qalan 40 milyard dolların isə üçüncü rübdə başlanması gözlənilən A və C sinifli səhmlərin bazarda yerləşdirilməsi proqramı vasitəsilə əldə olunması nəzərdə tutulur.
