Böyük Qayıdış prosesində sosial təminat dövlət siyasətinin əsas prioritetidir

Cəmiyyət Materials 3 İyun 2026 12:30 (UTC +04:00)
Böyük Qayıdış prosesində sosial təminat dövlət siyasətinin əsas prioritetidir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dövləti hər zaman məcburi köçkün ailələrinin sosial müdafiəsini, rifahını və layiqli həyat şəraitinin təmin olunmasını prioritet vəzifələrdən biri kimi müəyyən edib. Uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş soydaşlarımız dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Jalə Əliyeva deyib.

O bildirib ki, bu gün ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış proqramı uğurla icra olunur. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən bu nəhəng fəaliyyətin, aparılan bu uğurlu dövlət siyasətinin əsas məqsədi 30 ildən artıq düşmən tapdağı altında qalan doğma torpaqlarımızı yenidən dirçəltməklə bərabər, vətəndaşlarımızın öz yurd-yuvalarında dayanıqlı məskunlaşmasını, məşğulluğunu və sosial-iqtisadi inteqrasiyasını təmin etməkdir.

Deputat qeyd edib ki, insan kapitalının gücləndirilməsini hədəfləyən dövlət siyasəti və bu siyasətdən irəli gələn yeni qanun layihəsi bunu deməyə əsas verir ki, dövlətin sosial dəstək siyasəti gələcəkdə də davam edəcək. Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil imkanları və digər sosial müdafiə mexanizmləri bundan sonra da vətəndaşların rifahının yüksəldilməsinə xidmət etməyə davam edəcək. Böyük Qayıdış prosesində insan amili, vətəndaş məmnunluğu və sosial təminat dövlət siyasətinin əsas prioritetləri olaraq qalır. Məcburi köçkün statusu və ona tətbiq olunan sosial dəstək mexanizmlərinin qanunvericiliyə uyğun şəkildə yenidən tənzimlənməsi də məhz bu yeni reallıqların nəticəsidir. Məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıdışı yalnız tarixi ədalətin bərpası deyil, həm də sosial rifahın, təhlükəsizliyin və davamlı inkişafın təmin olunması deməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti