Bakı.Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İsran qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının Bəhreyndə yerləşən qərargahının binasına zərbə endirməsi ilə bağlı informasiyanı təkzib edib.
Trend xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi “X” səhifəsindəki bəyanatında qeyd olunub.
“Amerika qüvvələrinə hədəflənmiş bütün İran hücumları uğursuzluğa düçar olub. ABŞ Silahlı Qüvvələri sayıqlığını qoruyub saxlayır və (hər zaman) özünü müdafiə etməyə hazırdır”, -deyə bildirilib.
Daha əvvəl İranın ISNA agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına və ABŞ aviabazasına raketlər və pilotsuz uçuş aparatları ilə uğurlu zərbələrin endirildiyi barədə məlumat yaymışdı.
