Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq

İqtisadiyyat Materials 3 İyun 2026 13:17 (UTC +04:00)
Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Xankəndi.Trend:

Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur.

Sədr müavini vurğulayıb ki, 2022–2023-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib:

“Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq”,-deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti