"PAŞA Kapital" investisiya şirkətinə Baş icraçı direktor təyin olunub

İqtisadiyyat Materials 3 İyun 2026 10:11 (UTC +04:00)
"PAŞA Kapital" investisiya şirkətinə Baş icraçı direktor təyin olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İsi Mustafayev "PAŞA Kapital" investisiya şirkətinə Baş icraçı direktor təyin olunub.

Trend xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

İsi Mustafayev bundan əvvəl investisiya şirkətinin Baş icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, İ.Mustafayev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.

2000-ci ildən başlayaraq müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə çalışıb. 2021-2022-ci illərdə “Azərpoçt” MMC-nin Baş direktor müavini vəzifəsini icra edib. “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü olub.

Xəbər lenti

Xəbər lenti