Dünya sürətlə dəyişir - Siqh Federasiyasının rəhbəri

Cəmiyyət Materials 3 İyun 2026 10:37 (UTC +04:00)
Dünya sürətlə dəyişir - Siqh Federasiyasının rəhbəri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Xalqların sülh şəraitində birgəyaşayış yollarının axtarışı müasir dövrün qlobal çağırışlarından biridir.

Trend xəbər verir ki, bu barədə Kanadanın Siqh Federasiyasının sədri Bual Moninder Sinq Bakıda “1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı bildirib.

“Dünya sürətlə dəyişir, geosiyasi əlaqələr transformasiya olunur. Bugünkü dünya iki il əvvəlki kimi deyil və iki ildən sonra da fərqli olacaq. Görünən odur ki, yeni tərəfdaşların axtarışı, həmrəyliyin gücləndirilməsi və xalqların sülh şəraitində birgəyaşayış yollarının tapılması, müasir dövrün ən mühüm çağırışlarındandır”, – deyə o bildirib.

Bual Moninder qeyd edib ki, gələcəkdə dünyanın inkişafına cavabdehlik daşıyacaq tələbələr və gənclər üçün bu gün hansı xalqlarla həmrəylik münasibətləri qurula biləcəyini, hansı xalqların tarixi tərəfdaşlar olduğunu və harada dəstək və sülh içində birgəyaşayış tapmağın mümkün olduğunu, eləcə də resursların ələ keçirilməsi, ərazilərin istismarı və nəzarət cəhdləri ilə üzləşməməyin yollarını anlamaq son dərəcə vacibdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti