Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 6 Nigeriya vətəndaşı saxlanılıb

Cəmiyyət Materials 3 İyun 2026 12:43 (UTC +04:00)
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 6 Nigeriya vətəndaşı saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən(DSX) məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 (altı) nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti