Ərdoğan və Paşinyan təbrikləşiblər

Dünya xəbərləri Materials 3 İyun 2026 13:08 (UTC +04:00)
Ərdoğan və Paşinyan təbrikləşiblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın hökumət başçısı Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Prezident Ərdoğan isə Baş nazir Paşinyanı 51 yaşının tamam olması münasibətilə təbrik edib”, – deyə məlumatda bildirilib.

Qeyd olunur ki, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb və təmasların intensivləşməsindən məmnunluq ifadə ediblər.

“Xüsusilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfəri, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət prosedurlarının qurulması barədə qərar, eləcə də Ermənistanın ixracı və ölkəyə idxalın həyata keçirilməsi məqsədilə Axalkalaki (Gürcüstan) – Qars (Türkiyə) dəmir yolunun açılması qeyd olunub”, – deyə məlumatda bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti