Şirkətlər süni intellektdən əvvəl proseslərini təhlil etməlidirlər - “SMART Solutions Group”

Telekommunikasiya Materials 3 İyun 2026 12:47 (UTC +04:00)
Şirkətlər süni intellektdən əvvəl proseslərini təhlil etməlidirlər - “SMART Solutions Group”
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şirkətlərdə süni intellektə və ya proseslərin inkişafına prioritet verilməsi müəssisənin inkişaf səviyyəsindən və fəaliyyət modelindən asılıdır.

Trend xəbər verir ki, bunu “SMART Solutions Group” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) Kənan Tabasaranski Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

K.Tabasaranski qeyd edib ki, artıq formalaşmış, etibarlı və sabit proseslərə malik şirkətlər üçün süni intellekt biznesin sürətləndirilməsi və inkişafının dəstəklənməsi baxımından vacib alətə çevrilə bilər. Bu halda infrastruktur isə yardımçı element rolunu oynayır.

O vurğulayıb ki, inkişaf mərhələsində olan, hələ öz fəaliyyət modelini və bazardakı yerini müəyyənləşdirən şirkətlər üçün əsas diqqət proseslərin qurulmasına yönəldilməlidir.

“İstənilən sistem ən zəif və ən yavaş işləyən hissənin sürəti ilə fəaliyyət göstərir. Məsələn, təchizat zəncirində ən zəif mərhələ müəyyən olunarsa, ondan əvvəl və ya sonra tətbiq edilən ən güclü süni intellekt həlləri belə ümumi nəticəyə ciddi təsir göstərməyəcək”, – deyə o bildirib.

K.Tabasaranskinin fikrincə, şirkətlər ilk növbədə öz biznes və əməliyyat proseslərini təhlil etməli, daha sonra isə inkişaf səviyyəsinə uyğun olaraq proseslərin və ya texnologiyaların prioritetliyini müəyyən etməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti