Azərbaycanda yük daşımalarında nəqliyyat xidmətlərinin rəqəmsallaşması sürətlənir - Sübhan Əbilov

İqtisadiyyat Materials 3 İyun 2026 12:31 (UTC +04:00)
Azərbaycanda yük daşımalarında nəqliyyat xidmətlərinin rəqəmsallaşması sürətlənir - Sübhan Əbilov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda nəqliyyat sistemi aktiv rəqəmsallaşma prosesini davam etdirir və artıq yük daşımaları sahəsində xidmətlərin demək olar ki, hamısı elektron formata keçirilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, rəqəmsal həllər ölkənin nəqliyyat sektorunda aparılan islahatların əsas istiqamətinə çevrilib. Bu prosesdə icazə sənədlərinin elektron formata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu, beynəlxalq daşımaları əhəmiyyətli dərəcədə asanlaşdırıb, çünki xarici daşıyıcılar ölkəyə daxil olmadan müraciət edə, ödənişləri həyata keçirə və icazələri onlayn şəkildə əldə edə bilirlər.

Sübhan Əbilov əlavə edib ki, Azərbaycan artıq bir sıra ölkələrlə icazələrin rəqəmsal mübadilə sistemini tətbiq edib və bu sistemin genişləndirilməsi üzrə danışıqlar aparılır.

Onun sözlərinə görə, rəqəmsallaşma beynəlxalq daşımaların şəffaflıq və prosedurların sadələşdirilməsi əsasında qurulan yeni modelini formalaşdırır.

Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti