Türktransplant təşəbbüsü ilə ölkələr vahid transplantasiya sistemində birləşir - Robb Butler

Cəmiyyət Materials 3 İyun 2026 13:38 (UTC +04:00)
Türktransplant təşəbbüsü ilə ölkələr vahid transplantasiya sistemində birləşir - Robb Butler
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın rəqəmsal səhiyyə sahəsində əldə etdiyi nailiyyətlər təsadüfi deyil. Bu uğurlar Səhiyyə Nazirliyi və ölkə rəhbərliyinin hər bir vətəndaş üçün daha keyfiyyətli və əlçatan səhiyyə xidmətləri yaratmağa yönəlmiş ardıcıl siyasətinin nəticəsidir.

Trend xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimat mərasimində çıxışında bildirib.

Onun sözlərinə görə, Milli səhiyyə məlumatları strategiyasının hazırlanması, səhiyyə məlumatları mərkəzinin fəaliyyətə başlaması, eləcə də ilkin tibbi yardım müəssisələri, xəstəxanalar, təcili tibbi yardım xidmətləri, resept sistemləri və xəstəlik reyestrlərindən məlumatların vahid şəkildə toplanması ölkədə rəqəmsal səhiyyənin əsasını formalaşdırıb:

"Elektron sağlamlıq qeydlərinin, şəxsi tibbi məlumatların, teleradiologiya xidmətlərinin, qəbul və görüş sistemlərinin, həmçinin analitik məlumatların vahid standartlar əsasında bir platformada birləşdirilməsi əsas hədəflərdəndir. Bu sistem səhiyyə xidmətləri arasında əlaqəliliyi artırır, məlumatlara əsaslanan qərarların qəbulunu asanlaşdırır və vətəndaşların ehtiyaclarına daha çevik cavab verilməsinə şərait yaradır.

Bununla yanaşı, Türktransplan təşəbbüsü regional səviyyədə səhiyyə diplomatiyasının uğurlu nümunəsi kimi diqqət çəkir. Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərliyi ilə həyata keçirilən təşəbbüs orqan donorluğu və transplantasiyası sahəsində ölkələrin vahid, qarşılıqlı inteqrasiya olunan rəqəmsal sistem ətrafında birləşməsini nəzərdə tutur. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə reallaşdırılan layihə üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə, məlumat mübadiləsinin güclənməsinə və transplantasiya sahəsində koordinasiyanın daha səmərəli təşkilinə xidmət edir", - o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti