Xamenei ilə vida mərasimi üzrə hazırlıq işləri aparılır

Dünya xəbərləri Materials 3 İyun 2026 12:18 (UTC +04:00)
Xamenei ilə vida mərasimi üzrə hazırlıq işləri aparılır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminin təşkil olunması üçün hazırlıq işləri aparılmaqdadır.

Trend-in məlumatına görə, bunu İranın İslam Təbliğatı Koordinasiya Şurasının sədr müavini Məhəmməd Rza Mirtacəddini bu gün təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vida mərasiminin təşkil olunması ilə əlaqədar araşdırmalar yekunlaşıb və qərarın verilməsi üçün Ali Liderin ofisinə təqdim olunub.

Mirtacəddini bildirib ki, indiyə qədər vida mərasiminin təşkil olunması ilə əlaqədar vaxt müəyyən edilməyib.

İranlı rəsmi əlavə edib ki, Tehranda 15-20 milyon nəfərin iştirak edəcəyi gözlənilir. Çünki digər vilayətlərdən də vətəndaşlar, eyni zamanda müxtəlif ölkələrdən Tehrana qonaqlar gələcək.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvlərindən bir neçə nəfər ölüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti