Bakı. Trend:
Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Reha Muhtar müalicə aldığı xəstəxanada 66 yaşında vəfat edib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bir neçə gün əvvəl Muğlanın Bodrum rayonundakı evində halı pisləşən Muhtar rayon xəstəxanalarından birinə yerləşdirilmişdi.
Aparılmış müayinədən sonra Muhtara ürək çatışmazlığı diaqnozu qoyulmuş və o reanimasiya şöbəsinə köçürülmüşdü.
Həkimlərin bütün səylərinə baxmayaraq teleaparıcı bu gün vəfat edib.
Jurnalist bundan əvvəl 2024-cü ildə “ölümdən dönüb”. O 20 avqust 2024-cü ildə evində yıxılaraq beyin qanaması keçirmiş və süni tənəffüs aparatına qoşulmuşdu. Uzun müddət reanimasiya şöbəsində müalicə alan tanınmış sima daha sonra xəstəxanadan evə buraxılmışdı.
