Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına yüksəlib

İdman Materials 3 İyun 2026 23:56 (UTC +04:00)
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.

Trend xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi yığma yarımfinalda Serbiya millisini məğlub edib.

“Tipos Arena”da keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandanın heyətində Xətai Bağırov fərqlənib.

Qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu mərhələdə daha dəqiq oynayan Azərbaycan millisi finala vəsiqəni təmin edib.

Yığma final qarşılaşmasında Ukrayna ilə üz-üzə gələcək. Oyun iyunun 4-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti