“Turan Tovuz”un avrokuboklardakı yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq

İdman Materials 3 İyun 2026 17:09 (UTC +04:00)
“Turan Tovuz”un avrokuboklardakı yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

Trend xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanan Tovuz klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq.

Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti