Optimallaşdırma rəqəmsal həllərin tətbiqini tələb edir - SMART Solutions

İqtisadiyyat Materials 3 İyun 2026 16:38 (UTC +04:00)
Optimallaşdırma rəqəmsal həllərin tətbiqini tələb edir - SMART Solutions
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Logistika zəncirlərinin optimallaşdırılması bazarın bütün iştirakçılarının qarşılıqlı fəaliyyətini, rəqəmsal həllərin inkişafını və süni intellekt də daxil olmaqla yeni texnologiyaların mərhələli şəkildə tətbiqini əhatə edən kompleks yanaşma tələb edir.

Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çərçivəsində bildirib. "SMART Solutions Group" şirkətinin təsisçisi və baş direktoru Kənan Tabasaranski bildirib.

O qeyd edib ki, əsas vəzifə səmərəliliyin artırılması və təchizat zəncirlərində mövcud olan maneələrin aradan qaldırılmasıdır. Onun sözlərinə görə, söhbət bütün prosesi əhatə edən sistemli dəyişikliklərdən gedir.

"Biz bu gün logistika zəncirində mövcud olan bütün çətinlikləri aradan qaldırmağa çalışırıq və başa düşmək vacibdir ki, bunlar ayrı-ayrı elementlər deyil, hər bir hissəsinin nəticəyə təsir göstərdiyi vahid sistemdir", – deyə o bildirib.

Onun sözlərinə görə, uğurlu transformasiya yalnız prosesin bütün iştirakçıları arasında tam koordinasiya şəraitində mümkündür. Çünki rəqəmsallaşma məqsədlərin ortaq şəkildə başa düşülməsini və fəaliyyətlərin sinxronlaşdırılmasını tələb edir.

"Bütün maraqlı tərəflərin razılaşdırılmış fəaliyyəti lazımdır. Sadə dillə desək, bu o deməkdir ki, bütün iştirakçılar nə etdiyimizi və bunu niyə etdiyimizi eyni şəkildə anlamalıdırlar", – deyə K.Tabasaranski vurğulayıb.

O əlavə edib ki, rəqəmsal həllər eyni zamanda texnoloji, tənzimləyici və təşkilati aspektləri nəzərə almalı, həmçinin hər mərhələdə praktiki dəyər yaratmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti