Bakı.Trend:
ABŞ Ticarət Nümayəndəliyi (USTR) məcburi əməyin istifadəsi ilə istehsal olunan məhsulları qadağan edə bilmədiklərinə görə 60 ölkədən idxal olunan məhsullara 12,5%-ə qədər əlavə rüsumların tətbiqini təklif edib.
Trend xəbər verir ki, bu barədə CNBC yazır.
Nəşrin qeyd etdiyinə görə, bu genişmiqyaslı qərar Çin, Avropa İttifaqı və Yaponiya da daxil olmaqla əksər ticarət tərəfdaşlarına zərər vuracaq.
ABŞ Ticarət Nümayəndəliyi bildirir ki, həmin 60 ölkənin hamısı məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsulların idxalına qadağanı tətbiq edə və ya effektiv şəkildə icra edə bilməyib və bu da ABŞ işçiləri üçün “bərabər olmayan şərait” yaradıb.
“Əsas ticarət tərəfdaşlarımızın məcburi əməkdən istifadə edilərək istehsal olunan məhsulların idxalı problemini həll edə bilməməsi qəbuledilməzdir. Bu, ABŞ işçilərinin qlobal miqyasda qeyri-bərabər şəraitdə rəqabət aparmalı olduğu bir vəziyyət yaradır. Biz artıq bu bərabərsizliyə dözməyəcəyik”, – ABŞ ticarət nümayəndəsi Ceymison Qrir bildirib.
Eyni zamanda, məcburi əməyə qarşı tam və ya qismən qadağa tətbiq edən ölkələr üçün 10%-lik rüsum, digər bütün ölkələr üçün isə 12,5%-lik rüsumun tətbiqi təklif olunur.
