Yasamalda avtomobil yanıb (VİDEO)

Hadisə Materials 3 İyun 2026 15:29 (UTC +04:00)
Yasamalda avtomobil yanıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “CHANGAN” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti