Bakı.Trend:
Nəqliyyat və yükdaşıma sektorunun rəqabətə davamlılığı getdikcə daha çox təkcə qiymətdən deyil, o cümlədən səmərəlilikdən, eləcə də rəqəmsal həllərin və süni intellekt daxil olmaqla yeni texnologiyaların tətbiqindən asılı olur.
Trend xəbər verir ki, bunu "Food City Agrocomplex" in baş direktoru Anar Ağayev Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çərçivəsində bildirib.
O qeyd edib ki, texnologiya təchizatçıları artıq beynəlxalq ticarətə və biznes proseslərinə yanaşmanı dəyişən yeni həllər tətbiq edirlər.
"Bu gün nəqliyyatın və yükdaşımaların rəqabətə davamılılığını yalnız qiymət baxımından deyil, getdikcə daha çox səmərəlilik prizmasından nəzərdən keçirəcəyik", – deyə o bildirib.
Onun sözlərinə görə, süni intellekt də daxil olmaqla yeni texnologiyalar beynəlxalq ticarət və kommersiya sahəsində biznes sistemləri və təcrübələri üçün əlavə imkanlar yaradır.
A.Ağayev əlavə edib ki, müzakirələr siyasət, rəqəmsal platformalar və innovasiyalarla bağlı məsələləri bir araya gətirir. Birgə fəaliyyət biznesin, beynəlxalq ticarətin və qlobal təchizat zəncirlərinin gələcəyinin formalaşdırılmasına kömək edə bilər.
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.
