Bərpa olunan enerji növlərinin inkişafı yüksək potensiallı ərazilərin seçilməsini tələb edir - "SOCAR Green"

Yaşıl iqtisadiyyat Materials 3 İyun 2026 17:31 (UTC +04:00)
Bərpa olunan enerji növlərinin inkişafı yüksək potensiallı ərazilərin seçilməsini tələb edir - "SOCAR Green"
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Günəş və külək enerjisi istehsalını enerji yığım sistemləri ilə birləşdirən hibrid layihələr, bərpa olunan enerji mənbələrinin daha da artırılması fonunda enerji sistemlərinin dayanıqlığının təmin edilməsində əsas alətlərdən birinə çevriləcək.

Trend xəbər verir ki, bunu "SOCAR Green"in Texnologiyalar və İnnovasiyalar departamentinin direktoru Elçin Tarquliyev 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, hazırda əsas məsələ təkcə bərpa olunan enerji mənbələrinin payının artırılması deyil, həm də onların enerji sistemlərinə inteqrasiyası zamanı çevikliyin və etibarlılığın təmin edilməsidir.

E.Tarquliyev qeyd edib ki, günəş və külək enerjisi hava şəraitindən asılıdır və dəyişkən istehsal xüsusiyyətinə malikdir, lakin onların birgə tətbiqi bu təsiri qismən kompensasiya etməyə imkan verir.

“Enerji təchizatına əlavə sabitliyi enerji yığım sistemləri təmin edir. Bərpa olunan enerji sahəsinin inkişafı əhəmiyyətli dərəcədə hibrid layihələrlə bağlı olacaq”, - deyə o bildirib.

Eyni zamanda E.Tarquliyev vurğulayıb ki, bu cür layihələrin həyata keçirilməsi müəyyən çətinliklərlə bağlıdır, çünki müxtəlif bərpa olunan enerji növlərinin inkişafı üçün eyni zamanda yüksək potensiala malik ərazilərin seçilməsini tələb edir.

Hidrogenlə bağlı danışan "SOCAR Green" nümayəndəsi onun enerji keçidinin və karbon neytrallığı hədəflərinin əldə edilməsinin mühüm hissəsinə çevriləcəyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti