Polşa məktəblərində uşaqların mobil telefondan istifadəsi qadağan edilib

Dünya xəbərləri Materials 3 İyun 2026 17:56 (UTC +04:00)
Polşa məktəblərində uşaqların mobil telefondan istifadəsi qadağan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşa hökuməti internetdə yetkinlik yaşına çatmayanların müdafiəsinin gücləndirilməsinə yönəlmiş bir sıra qərarlar qəbul edib. Əsas təşəbbüslərdən biri məktəblərdə şagirdlərin mobil cihazlardan istifadəsinin məhdudlaşdırılmasıdır.

Trend xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski RMF24-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni tədbirlər uşaqların zərərli məzmundan, internet cinayətkarlarından və digər rəqəmsal təhdidlərdən qorunmasına, həmçinin daha təhlükəsiz onlayn mühitin formalaşdırılmasına xidmət edəcək.

Ayrı bir qərara əsasən, dövlət və özəl məktəblər smartfon, planşet və digər oxşar cihazların bütün tədris günü ərzində – həm dərslərdə, həm də tənəffüslərdə istifadəsini qadağan edə biləcəklər.

Təhsil naziri Barbara Novatskanın sözlərinə görə, məhdudiyyətlər tam xarakter daşımayacaq. Şagirdlərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı hallarda, eləcə də müəllimin qərarı ilə mobil cihazlardan tədris məqsədilə istifadə edildiyi situasiyalarda istisnalar tətbiq olunacaq.

Polşa hökuməti hesab edir ki, bu tədbirlər şagirdlərin dərsə daha yaxşı diqqət yetirməsinə, yaşıdları ilə daha fəal ünsiyyət qurmasına, həmçinin ekranlardan və daimi bildiriş axınından asılılığın azalmasına kömək edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti