Bakı. Trend:
Bu gün Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizində istismar olunacaq 780 TEU tutumlu konteyner gəmilərindən birincisinin kilqoyma mərasimi keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə ölkəmizin gəmiqayırma sənayesinin və Orta Dəhlizin inkişafına mühüm töhfə verir.
Bakı Gəmiqayırma Zavodunun beynəlxalq sifarişlər əsasında həyata keçirdiyi layihələr Azərbaycanın sənaye və mühəndislik potensialının artdığını bir daha nümayiş etdirir", - paylaşımda qeyd edilib.
