Azyaşlıları girov saxlayan şəxs təslim olub

Dünya xəbərləri Materials 3 İyun 2026 19:55 (UTC +04:00)
Azyaşlıları girov saxlayan şəxs təslim olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın Dortmund şəhərində üç övladını girov saxlayan kişi polisə təslim olub.

Trend xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, şübhəli şəxs 51 yaşlı Serbiya vətəndaşıdır. Yaşları 7, 10 və 12 olan uşaqlar xəsarət almayıb və hazırda hüquq-mühafizə orqanlarının himayəsi altındadırlar.

Kişi iyunun 2-də restoranda asayışı pozub, yoldan keçən şəxsləri hədələyib və bibər qazı spreyi istifadə etdikdən sonra avtomobillə hadisə yerindən uzaqlaşıb. Daha sonra o, Höxsten rayonundakı yaşayış evində barrikada quraraq uşaqları girov saxlayıb. Şübhəli əməliyyat əməkdaşlarından birinə atəş açıb, lakin həmin əməkdaş zirehli jilet geyindiyindən yalnız yüngül xəsarət alıb.

Höxstenə polis danışıqlar qrupu cəlb edilib. Onlar cinayətkarı təslim olmağa və girovları azad etməyə razı salmağa çalışıblar. Nəticədə, yerli vaxtla təxminən saat 03:30-da (Bakı vaxtı ilə 05:30) kişi hüquq-mühafizə orqanlarına təslim olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti