Bakı. Trend:
Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin “Global MBA” proqramına qəbul elan edilir.
Proqrama qəbul 28 aprel 2026-cı il tarixində PAŞA Holding və SOCAR, İspaniyanın IE Universiteti ilə strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Proqramla bağlı əsas məlumatları aşağıda diqqətinizə çatdırırıq:
“Global MBA” proqramı beynəlxalq səviyyədə tanınan rəsmi MBA
(magistr) dərəcəsi təqdim edir. Tədris prosesi qarışıq (hibrid)
formatda təşkil olunacaq. Bu çərçivədə həm onlayn dərslər, həm də
Bakı və Madriddə əyani tədris sessiyaları nəzərdə tutulur.
Proqramın tədrisi ingilis dilində aparılacaq.
Proqrama müraciət etmək üçün namizədlər aşağıdakı tələblərə cavab
verməlidirlər:
• Lisenziyalı və akkreditasiyadan keçmiş ali təhsil
müəssisəsindən bakalavr dərəcəsinə malik olmaq;
• Qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, Duolingo,
Cambridge) və ya əvvəlki ali təhsilin ingilis dilində alınması;
• Proqramda iştirak müddətində aktiv əmək fəaliyyəti ilə məşğul
olmaq;
• 5 ildən 15 ilədək peşəkar iş təcrübəsinə malik olmaq;
• Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq
• Liderlik potensialı və davamlı peşəkar inkişaf göstəricilərinə
sahib olmaq
"Global MBA" proqramı maksimum 40 iştirakçı üçün nəzərdə tutulub.
Onlardan:
• 15 iştirakçı PAŞA Holding-dan,
• 15 iştirakçı SOCAR-dan,
• 10 iştirakçının isə ümumi əmək bazarından olması nəzərdə
tutulub.
Proqrama qəbul olunan namizədlər üçün təhsil haqqı əməkdaşlıq
çərçivəsində təqdim olunan xüsusi endirim əsasında 50,000 avro
təşkil edəcəkdir. Ödəniş şərtləri və maliyyələşdirmə imkanları
qeydiyyat prosesi zamanı birbaşa IE Universiteti tərəfindən müəyyən
ediləcək.
Qeyd: Proqramın məqsədlərinə və Azərbaycanda liderlik potensialının
inkişafına töhfə vermək baxımından qəbul prosesində Azərbaycan
Respublikası vətəndaşlarına üstünlük veriləcək. Mövcud yerlərdən və
yekun iştirakçı tərkibindən asılı olaraq, xarici əcnəbi
vətəndaşların müraciətlərinə də baxıla bilər.
Proqram haqqında qısa məlumat:
• Müddət: 22 ay
• Başlanma tarixi: Sentyabr 2026
• Maraq formasının təqdim edilməsi üçün son tarix: 12 iyun 2026
Müraciət prosesi: Proqrama qəbul IE Universitetinin qəbul
qaydaları, seçim meyarları və prosedurları əsasında həyata
keçiriləcək.
Maraqlanan namizədlərdən maraq formasını tamamlamaları xahiş olunur
-
Sorğu proqramda iştirak etməkdə maraqlı olan əməkdaşlar barədə ilkin məlumatların toplanması məqsədini daşıyır. Yalnız sorğunu tamamlayan və ilkin qəbul tələblərinə cavab verən namizədlər IE Universitetinin onlayn müraciət sisteminə dəvət alacaqlar.
Qeyd edək ki, “Global MBA” proqramı və müraciət prosesi haqqında
daha ətraflı məlumat əldə etmək istəyən əməkdaşlar üçün iki məlumat
sessiyası təşkil olunacaq. Maraqlanan hər kəs öz iş qrafikinə uyğun
olan sessiyaya qoşula bilər. Sessiyalarla bağlı məlumatlar aşağıda
təqdim olunur:
Sessiya 1
Tarix: 9 iyun 2026
Vaxt: 11:00 (Bakı vaxtı) / 09:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki: https://ieuniversity.zoom.us/j/93923646067?pwd=3Tk7ijFrZ4Zh2doLIuDhibLKqtnlhG.1
Kod: AzMBA2026!
Sessiya 2
Tarix: 10 iyun 2026
Vaxt: 16:00 (Bakı vaxtı) / 14:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki: https://ieuniversity.zoom.us/j/96119050967?pwd=BV4btQJjSI7acwQ5JualR8aOmPXvCO.1
Kod: AzMBA26*
Qeyd edək ki, təhsil və inkişaf mövzusu PAŞA Holding-in
strategiyasında mühüm yer tutur. Bu istiqamətdə Holding və onun
törəmə şirkətləri insan kapitalının inkişafına yönəlmiş müxtəlif
təşəbbüslər həyata keçirir. Bunlara “Elachi”, “Leading Lights”,
“Future Shapers” kimi proqramlar, eləcə də digər təhsil və
bacarıqların inkişafına xidmət edən layihələr daxildir.