İrandakı rejimin nə vaxt çökəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil - Netanyahu

Dünya xəbərləri Materials 3 İyun 2026 19:49 (UTC +04:00)
İrandakı rejimin nə vaxt çökəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil - Netanyahu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu İran rejiminin zəiflədiyinə və hakimiyyət dəyişikliyinin mümkün olduğuna inanır və bunun təmin edilməsi üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Trend xarici mediaya istinadla xəbər verir ki, Netanyahu İran rejimində hazırda böyük çatlar olduğunu vurğulayıb.

O, İranın hazırkı rəhbərliyinin son dərəcə zəiflədiyini, lakin bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün olmadığını qeyd edib.

"Belə bir rejimin nə vaxt çökəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bir çox hallarda bunu proqnozlaşdıra bilmədik: Rumıniyada da, Berlin divarı yıxılanda da. Heç kim bunu proqnozlaşdırmadı, amma bu baş verdi. Niyə? Çünki çatlar daxildən yayılırdı", - İsrailin baş naziri bildirib.

O, əmindir ki, sonda bu çatlar genişlənəcək, rejim süqut edəcək.

"Düşünürəm ki, biz İran xalqına bu rejimi devirməyə kömək etməliyik. Amma bu, tam olaraq seçdiyimiz anda baş verməyəcək", - Netanyahu bildirib.

Xəbər lenti

Xəbər lenti