"Ford" 420 min avtomobili geri çağırır

Dünya xəbərləri Materials 4 İyun 2026 00:34 (UTC +04:00)
"Ford" 420 min avtomobili geri çağırır

Bakı. Trend:

ABŞ-nin avtomobil istehsalçısı “Ford Motor” təhlükəsizlik kəmərlərində aşkar edilən nasazlıq səbəbindən ölkədə təxminən 420 min avtomobili geri çağırır.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Qeyd olunur ki, geri çağırma 2018–2022-ci il istehsalı olan “Ford Expedition” və “Lincoln Navigator” modellərinə aiddir.

Məlumata əsasən, bu avtomobillərdə sürücü və ya ön sərnişin oturacağındakı təhlükəsizlik kəmərinin dartıcı mexanizmi kəmərin hərəkətini bloklaya bilər ki, bu da onun düzgün uzanması və ya yığılmasında problemlərə səbəb olur. Nəticədə qəza zamanı xəsarət alma riski artır. Diler mərkəzləri avtomobilləri yoxlayacaq və nasaz hissələri yeniləri ilə əvəz edəcəklər.

Xəbər lenti

Xəbər lenti