Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya xəbərləri Materials 3 İyun 2026 22:57 (UTC +04:00)
Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Trend Qırğızıstan mediasına istinadla məlumat verir ki, ölkə bu nailiyyətə dördüncü cəhddə çatıb.

Asiya-Sakit Okean regionundan ayrılan yerə Qırğızıstan və Filippin namizədliyini irəli sürmüşdü. Bişkek 142 səs, Manila isə 49 səs toplayıb.

BMT Baş Assambleyası 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasına 5 yeni qeyri-daimi üzv seçib. Avstriya, Portuqaliya, Zimbabve, Trinidad və Tobaqo ilə yanaşı Qırğızıstan da Şuraya daxil olub.

Xəbər lenti

Xəbər lenti