Bakı.Trend:
Hindistanın paytaxtı Dehlidə fəaliyyət göstərən otellərdən birində baş vermiş yanğın nəticəsində azı 21 nəfər həlak olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə əsasən tələbə və gənclərin yaşadığı Malviya Naqar rayonunda, yaşayış məntəqəsində yerləşən oteldə qeydə alınıb. Rəsmilərin məlumatına görə, ən azı 40 nəfər xilas edilib.
Bu yanğın son illərdə Hindistan paytaxtında baş vermiş ən yüksək itkili yanğınlardan hesab olunur.
