TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq - Marko Rubio

Siyasət Materials 3 İyun 2026 22:11 (UTC +04:00)
TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq - Marko Rubio
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq.

Trend-in ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib.

"Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu - TRIPP-i yaradan memorandumla yekunlaşıb", - o bildirib.

Xəbər lenti

Xəbər lenti