Bakı. Trend:
"Bayer" klubunda Alvaro Arbeloanın baş məşqçi təyin olunması imkanı olub.
Trend "Bild"ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisin namizədliyi Leverkuzen klubuna təklif edilib. O, 2025/26 mövsümünün ikinci yarısında "Real"da və daha əvvəl "Real Castilla" komandasını da çalışdırmışdı.
Məlumata görə, Arbeloa İspaniyada başqa klublarda işləmək istəmir və daha çox xarici bir komandaya keçməyə üstünlük verir. Leverkuzen rəhbərliyi onun işini "Real Castilla"dakı dövrdən yaxından izləyib, lakin onun hələ komandaya dərhal zirvəyə qayıtmaq üçün yetərli təcrübəyə tam çatıb-çatmadığına tam əmin deyil.
Qeyd olunur ki, "Bayer" 2025/26 mövsümünü Bundesliqada 6-cı yerdə başa vurub və komandanı Kasper Hyulmand idarə edib.