“Milan”ın hücumçusu “Qalatasaray”a keçə bilər

İdman Materials 4 İyun 2026 04:29 (UTC +04:00)
“Milan”ın hücumçusu “Qalatasaray”a keçə bilər

Bakı. Trend:

“Milan”ın portuqaliyalı hücumçusu Rafael Leao “Qalatasaray”a keçə bilər.

Trend bu barədə jurnalist Daniele Longoya istinadən bildirir.

Cinah oyunçusu daha əvvəl yayda İtaliya klubundan ayrılacağını açıqlamışdı.

Mənbənin məlumatına görə, Türkiyə komandası oyunçuya ildə 8 milyon avro maaş və 2 milyon avro bonus təklif edir. İtalyanlar transfer üçün təxminən 60 milyon avro istəyirlər.

Ötən mövsüm 26 yaşlı portuqaliyalı bütün yarışlarda 31 oyunda meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti