Bakı. Trend:
Vaşinqtonun yaxın günlərdə Ukraynaya dəyəri 400 milyon dollar olan növbəti hərbi yardım paketini təqdim edəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
Onun sözlərinə görə, yardım paketinin təsdiqlənməsi ilə bağlı hökumət strukturları arasında zəruri koordinasiya işləri artıq həyata keçirilib və məsələ ilə bağlı rəsmi məlumatın tezliklə açıqlanması mümkündür.
Rubio vurğulayıb ki, Ukraynaya silah və hərbi texnikanın
çatdırılması məsələsi təxirəsalınmaz xarakter daşıyır və bununla
bağlı operativ qərar qəbul edilməsinə ehtiyac var.