...

“Xilasedici" komandası voleybol üzrə Azərbaycan çempionu olub (FOTO)

İdman Materials 18 Aprel 2026 20:27 (UTC +04:00)
“Xilasedici" komandası voleybol üzrə Azərbaycan çempionu olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, final mərhələsində "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici" komandası olub. 3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinci yerin sahibi olub.

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri - Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, həmçinin digər rəsmilər təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti