...

Azərbaycan güləşçiləri “Çempionlar” turnirində 5 medal qazanıb

İdman Materials 19 Aprel 2026 02:19 (UTC +04:00)
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində 5 medal qazanıb

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində U20 yaş kateqoriyası üzrə ənənəvi “Çempionlar” turnirinə start verilib.

Trend-in məlumatına görə, yarışın ilk günü Azərbaycan millisinin uğurlu çıxışı ilə yadda qalıb. Güləşçilərimiz günü beş medalla başa vurublar.

Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün rəqiblərini məğlub edərək çempion adına layiq görülüb. Digər təmsilçimiz Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində də milli üzvləri uğurlu nəticələr əldə ediblər. Roman Kərimov (67 kq) rəqiblərinə üstün gələrək qızıl medala sahib çıxıb. Həmin çəki dərəcəsində çıxış edən Murad Əliyev bürünc, Cavidan Nəhmətov (77 kq) isə gümüş medal əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti