...

Azərbaycan və D-8 bir sıra sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər

Siyasət Materials 18 Aprel 2026 20:59 (UTC +04:00)
Azərbaycan və D-8 bir sıra sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “İnkişaf etməkdə olan səkkiz ölkə” (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, səfir Sohail Mahmud ilə görüşüb.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan ilə D-8 arasında siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Azərbaycanın təşkilata daxil olduğu gündən bəri D-8-də fəal iştirakı, o cümlədən Azərbaycanda keçirilən D-8 Həftəsi, eləcə də D-8 Media və Nəqliyyat üzrə Qabaqçıl Təcrübə Mərkəzlərinin, eləcə də D-8 Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində davam edən səylər yüksək qiymətləndirilib. Həmçinin regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub, Yaxın Şərqdə vəziyyətin gərginliyinin azaldılması, beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki şəxslərin qorunması məsələləri diqqət mərkəzində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti