...

Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 18 Aprel 2026 13:10 (UTC +04:00)
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Çerepovtsa və Voloqda hava limanlarında hava gəmilərinin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Xidmətinin (Rosaviasiya) mətbuat katibi Artyom Korenyako öz “Telegram” kanalında yazıb.

Məlumatda qeyd olunur ki, bu qərar təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilib. Belə məhdudiyyətlər adətən pilotsuz uçuş aparatları (PUA) hücumları təhlükəsi olanda tətbiq olunur.

Bundan əvvəl Orenburq, Nijnekamsk, Buqulma, Yaroslavl və Aşağı Novqorodda oxşar məhdudiyyətlər tətbiq olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti