...

İndoneziyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 18 Aprel 2026 07:10 (UTC +04:00)
İndoneziyada güclü zəlzələ baş verib

Bakı. Trend:

İndoneziyanın Sulavesi adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, fəlakətin episentri 100 mindən çox insanın yaşadığı Sinabang şəhərindən 112 km cənub-şərqdə, ocağı isə 113 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti

Xəbər lenti