Bakı. Trend:
Kahramanmaraşda baş verən hadisə ilə bağlı dərin kədər hissi keçirdiyimi bildirirəm.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı bildirib.
"Allah heç bir ailəyə, heç bir cəmiyyətə belə acılar yaşatmasın", - deyə o qeyd edib.
Qeyd edək ki, bu həftə Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində ardıcıl iki gün ərzində məktəblərdə silahlı hücumlar baş verib. Şanlıurfanın Siverek rayonunda liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb, hücumu törədən məktəbin keçmiş şagirdi polis müdaxiləsi zamanı özünü öldürüb. Ertəsi gün Kahramanmaraşın Onikişubat rayonunda orta məktəbdə baş verən hücumda isə 10 nəfər həlak olub, ümumilikdə 19 nəfər yaralanıb. Hücumu törədən 14 yaşlı şagird zərərsizləşdirilən zaman aldığı xəsarətlərdən ölüb. Hər iki hadisə qısa zaman intervalında baş verdiyi üçün ölkədə ciddi ictimai rezonans doğurub və məktəblərdə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə yol açıb.
